DİN səyyar xidmətlərini davam etdirir

Daxili İşlər Nazirliyi (DİN) şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətləri davam etdirir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, növbəti belə tədbirlər respublikanın Bərdə, Qazax, Şəmkir, Yevlax, Şəki, İsmayıllı, Qusar, Şamaxı, Zərdab, Tərtər, Sumqayıt, Xızı şəhər və rayonlarında baş tutub.

Səyyar xidmətlər zamanı adları çəkilən şəhər və rayonlarda ümumilikdə 2 min nəfərə şəxsiyyət vəsiqələrinin verilməsi təmin edilib, 2100 şəxsin isə müvafiq sənədləri qəbul olunub.

Analoji tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə