Səyyar formada protez-ortopedik bərpa xidməti təşkil edəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 rayonda səyyar formada protez-ortopedik bərpa xidməti təşkil edəcək. Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası tərəfindən aprelin 27-29-da 6 rayonda (Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı) səyyar formada protez-ortopedik bərpa xidməti göstəriləcək.

Tibbi-texniki briqada aprelin 27-də saat 9.00-dan 18.00-dək Quba rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun və Qusar rayonunun, aprelin 28-də saat 9.00-dan 18.00-dək nazirliyin Xaçmaz rayonu üzrə Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binasında isə həmin rayonun əlilliyi olan və sağlamlıq imkanları məhdud sakinlərinə xidmətlər göstərəcək.

Aprelin 29-da saat 9.00-dan 13.00-dək nazirliyin Şabran rayon ƏSMM-nin inzibati binasında Şabran rayonunun, həmin gün saat 14.00-dan 18.00-dək Siyəzən rayon ƏSMM-nin inzibati binasında Siyəzən və Xızı rayonlarının müvafiq təbəqələrdən olan sakinlərinin protez-ortopedik bərpa xidmətləri ilə təminatı həyata keçiriləcək.

Əvvəlcədən qeydiyyata alınmış, habelə briqadaya birbaşa müraciət edən insanlar aidiyyəti xidmətlərlə təmin olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...