Yol təsərrüfatı işçiləri sürücülərə nəyi məsləhət görürlər?
Ötən gün yağan yağışlardan sonra Quba-Xınalıq yolunun 20-ci kilometrliyindən 45-ci kilometrliyinidək olan hissəsində təhlükəli vəziyyət yaranıb. Bəzi hissələrdə qaya parçalarının uçaraq yola tökülməsi nəticəsində nəqliyyat vasitlərinin hərəkətində 2 saatlıq fasilə yaranıb.
Əraziyə Quba 6 Saylı Yol İstismar İdarəsinin texnikası və xeyli canlı qüvəsi cəlb edilib. Görülən tədbirlər nəticəsində yol təmizlənib və nəqliyyat vasitələrinin sərbəst gediş-gəlişi təmən edilib.
Yol təsərrüfatı işçiləri sürücülərə gecə saatlarında bu yoldan istifadə etməməyi və yolda qoyulan nişanlara diqqət etməyi məsləhət görürlər.
"Xəzər Xəbər" mövzu ilə bağlı videomaterialı təqdim edir:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB