"Dönərxanalar təhlükəli ətlərin realizə olunduğu böyük bir şəbəkədir" SƏS TV
"Müvafiq dövlət qurumları bir neçə il öncə dönərxanaların ayrıca standartlarını hazırlamışdı və tədbiq edilməsi üçün bir sıra işlər görülür. Misal üçün deyə bilərik ki, hazırda təzə kəsilmiş heyvanın ətinin şişə çəkilərək, təmiz avtomobillərlə dönərxanalara çatdıran qurumlar var. Lakin Azad İstehlakçılar Birliyinin monitorinqləri göstərir ki, dönərxanaların 80 faizi bu ətlərdən istifadə etmirlər". Bu fikirləri SİA-ya Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Sədr bildirib ki, dönərxanalarda standartlara uyğun ətlərdən istifadə olunmur: "Hətta deyərdim ki, dönərxanalar təhlükəli ətlərin realizə olunduğu böyük bir şəbəkədir. Nəzarət mexanizminə gəlincə təəssüf ki, hökumətin sahibkarlara yaratdığı şəraitdən sui-istifadə edilir və burada heç bir nəzarəti görə bilmirik".
Eyyub Hüseynov bu cür ətlərin daha çox kolbasa sexlərinə verilməsi məsələsinə aydınlıq gətirib. O qeyd edib ki, bir neçə kolbasa sexi artıq ifşa olunub: "Amma bəzən tanınmış kolbasa istehsalçılarına böhtan atıldığının da şahidi oluruq. Ona görə də hesab edirəm ki, harada şübhəli məqamlar varsa, orada anında reyd aparmaq lazımdır. Ənənəvi olmayan heyvan ətinin, leş ətlərin müəyyən olunması üçün ölkəmizdə laboratoriyalar fəaliyyət göstərir. Problem varsa bu laboratoriyalar vasitəsilə dəqiq məlumatı ictimaiyyətə çatdırmaq olar. bu Bu işdə kütləvi informasiya vasitələrinin üzərinə böyük məsuliyyət düşür. Belə ki, şübhəli məqamlar olduğu halda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə ekspertiza verib nəticələri yaysalar, daha məqsədəuyğun sayılar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB