Bilik Fondu narkomaniyaya qarşı tədbirlərə start verib FOTOLAR

Bilik Fondu narkomaniyaya qarşı tədbirlərə start verib FOTOLAR

26 iyun Beynəlxalq Narkomaniya və Narkobizneslə mübarizə günüdür. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu silsilə tədbirlərə start verib. SİA-ya verilən məlumata görə, fond ilk belə maarifləndirici tədbiri Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetində həyata keçirib.

Elm və Təhsil MərkəziTəfəkkür Universitetinin rektoru, professor Müşfiq Atakişiyev qonaqları salamlayaraq tədbirin mahiyyətindən söhbət açıb. Müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, bu problemin daim ictimaiyyətin nəzarəti altında saxlanmasının zəruriliyindən bəhs edib.

Ardınca Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev narkomaniya və narkobizneslə beynəlxalq mübarizənin tarixi köklərindən və hüquqi əsaslarından danışıb və ölkəmizdə bu sahədə görülən işlər barədə ətraflı məlumat verib.

Sonra Daxili İşlər Nazirliyinin əməkdaşı, polis palkovnik-leytenantı Rafiq Nəcəfquliyev universitetin müəllim və tələbə heyətinə narkomaniyanın gətirdiyi bəlalardan, onun istifadəçilərininqarşılaşdığı faciələrdən danışıb.Mühazirəçi deyib ki, narkomaniya keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olur. Narkotik maddələrin bir çoxu şprislə qana ötürüldüyündən və narkoman qrupları daxilində eyni şprisdən istifadə edildiyindən narkomanlar arasında QİÇS və başqa xəstəliklərə tutulmahalları çox olur.

Sonda iştirakçılara Fariz Əhmədovun narkomaniyanın bəlalarından bəhs edən "Mayak" bədii filmi nümayiş olunub.

Bilik Fondunun təşkilatçılığı ilə bu qəbilli maarifləndirici tədbirlərin digər ali məktəblərdə, eləcə də regionlarda keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə