Bu gün Binəqədi rayon, 7-ci mikrarayon, S.S.Axundov küçəsində yeni "Gənclər evi"nin açılış mərasimi keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov və digər rəsmilər iştirak ediriblər.
Açılışda çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdəki 38 sayda "Gənclər evi"nin artıq geniş şəbəkə olduğunu diqqətə çatdırıb: "Gənclər evlərinin yaradılması prosesi 2006-cı ildən başlayıb. 2006-2008-ci illərdə - 5, 2009-2012-ci illərdə - 12, 2013-2015-ci illərdə 19 Gənclər Evi/Mərkəzi tikilib, gənclərin istifadəsinə verilib". Nazir eyni zamanda çıxışında Gənclər və İdman Nazirliyi tərəfindən Balakən, Lənkəran, Mingəçevir, Naxçıvan, Sumqayıt, Tovuz, Daşkəsən, Sabunçu. Suraxanı, Xəzər, Qaradağ və Binəqədidə tikilmiş Gənclər Evlərinin sayının 12-ə çatdığını bildirib.
İnşa edilən Gənclər Evinin texniki göstəriciləri
Gənclər Evi 3 girişlidir, 3 mərtəbə və zirzəmidən ibarətdir.
Obyektin tikinti altı sahəsi: S=744.1 m²
Obyektin ümumi tikinti sahəsi: S= 2403.55m²
Obyektin tikinti həcmi: V=9432m³
Ayrılmış ərazi: 0.2 ha
Obyekt əsas binadan (Gənclər Evi), Qazanxana, 100 m³ -lik içməli və yanğın su anbarlarından ibarətdir.
Tikintinin başlanma tarixi: mart 2012-ci il
Tikintinin bitmə tarixi: aprel 2016-cı il
I mərtəbə Rayon Gənclər və İdman idarəsinin inzibati otaqlarından (müdir, müavin, mühasibatlıq və 2 ədəd iş otağından); akt zalı (75 nəfər üçün), psixo-sosial xidmət, ünsiyyət klubu, elektron kitabxana, informasiya guşəsi, 2 iş otagı və Ulu Öndər və cənab Prezidentin guşəsindən ibarətdir.
II mərtəbə Rayon Gənclər evinin inzibati otaqlarından (Müdir, müavin, mühasib otaqları); Art studiya, sərgi qalareyası, conversation club, masaüstü oyunlar otağı, istedadların hazırlığı labaratoriyası, gənc iqtisadçılar klubu, ekologiya dərnəyı, internet klub, peşə yönümü mərkəzi, foto studiya, vətənpərvərlik klubu, texnika və ixtiraçılar klubu, video studiya otaqlarından ibarətdir.
III mərtəbə 5 qonaq otağından ibarətdir. Açıq dam hissədə texnaloji avadanlıqlar - Türkiyə istehsalı olan çiller sistemli kondinsoner və havalandırma sistemləri quraşdırılıb.
Zirzəmi 2 ədəd soyunub - geyinmə otaqları, fitnes zalı, tennis və bilyard otağı, rəqs dərnəyi və gənclər klubundan ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB