Gəncə stadionunda 3000 plastik oturacaq quraşdırılıb

Gəncə şəhər stadionunda plastik oturacaqların quraşdırılması davam edir. "Kəpəz" PFK-nın mətbuat xidmətindən bildirilib ki, şəhərin baş arenasında plastik oturacaqların qoyulması işinə futbol mövsümünün əvvəlindən başlanılıb. İlkin mərhələdə tribunalara 3000 oturacaq bərkidilib. 5-6-cı sektorlarda hər iki yarusa oturacaqlar qoyulub. Hazırda isə 7-8 və 15-21-ci sektorlarda iş gedir.

Yarıməsrlik tarixə malik şəhər stadionu 25 min tamaşaçı tutumuna malikdir. Sovet dövründən qalan taxta oturacaqlar tədricən sıradan çıxıb və azarkeşlər beton döşəmə üzərində oturmaq məcburiyyətində qalıblar. Artıq bu problem aradan qaldırılmaqdadır.

Ümumilikdə stadionda mərhələlərlə 20 min oturacağın quraşdırılması planlaşdırılır. İndiyədək nəzərdə tutulan işlərin üçdə bir hissəsi görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə