İsa Həbibbəyli: "Azərbaycan xalqı düşmənə layiqli cavab verdi"

"Ermənistan bütün tarixi boyu soyqırımlar törədən, Dağlıq Qarabağ məsələsində işğalçı təcavüzkar dövlətdir". SİA-nın xəbərinə görə, bunu AMEA-nın vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli deyib.

Akademik bildirib ki, bu il aprelin ilk həftəsində düşmən təcavüzkar siyasətini bir daha nümayiş etdirib: "Azərbaycan xalqı prezidentin ətrafında birləşərək düşmənə layiqli cavab verdi. Dağlıq Qarabağ və ətraf ərazilərdə baş verənlərdə Ermənistan özünü haqlı tərəf kimi dünyaya göstərməyə çalışır. Amma bunun yalan və uydurma olduğu göz qabağındadır. Biz bir daha bəyan edirik ki, Ermənistan XX əsrdə Qafqazdakı bütün təcavüzlərin və işğalların əsas səbəbkarıdır. Ermənistan Qafqazda yaşayıb, inkişaf etmək istəyirsə, çəkilib yerində oturmalı, dinc yaşamağı bacarmalıdır. Biz inanırıq ki, Azərbaycan bu məsələdə haqlı olaraq qələbə qazanacaq və ərazi bütövlüyünü bərpa edəcək".

İ.Həbibbəyli qeyd edib ki, erməni yalanlarını üzə çıxarılması istiqamətində AMEA tərəfindən də mühüm işlər görülür. Akademiyada yaradılan xüsusi komissiya tərəfindən müvafiq tədqiqatlar, araşdırmalar aparılır. Bu vaxta kimi AMEA institutları tərəfindən erməni yalanlarını ifşa edən 60-a yaxın kitab çap olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə