SOCAR-ın Ekologiya İdarəsinin təşəbbüsü ilə Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri Beynəlxalq Yer Günü mövzusunda maarifləndirmə tədbiri keçiriblər. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, tədbir uşaqların ətraf mühitin qorunması, yurd sevgisi, zəngin təbii sərvətlərimizdən səmərəli istifadə edilməsi ruhunda tərbiyə olunmasına, onların ekoloji şüurunun formalaşmasına yönəlib. Tədbir iştirakçılarına Beynəlxalq Yer Günü haqqında məlumat verilib, maraqlı statistik göstəricilər açıqlanıb. Tədbir "Əllər məhv etməməli, əllər yaratmalıdır" adlı rəsm sərgisi və məktəbin həyətyanı sahəsində Ekologiya İdarəsinin məktəb üçün ayırdığı bitkilərin əkilməsi ilə davam etdirilib.
Qeyd edək ki, 2009-cu ildən aprelin 22-si Beynəlxalq Yer Günü kimi qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB