Paytaxtın Nizami rayonu Bəkir Çobanzadə küçəsinin sonuncu hissəsində "Azəravtoyol" ASC tərəfindən təmir işləri aparılır. "Azəravtoyol"un mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, uzunluğu 2,4 kilometr, eni isə 15 metr olan həmin yol Naxçıvanski küçəsi ilə kəsişmədən Babək prospektinə qədər olan 700 metrlik ərazidir.
Təmir işləri zamanı köhnə səki daşları yeniləri ilə əvəzlənir. Küçə boyu 1400 poqonmetr yeni səki daşı düzüləcək. Daha sonra yolun köhnə asfalt-beton örtüyünün yenilənməsi istiqamətində işlər həyata keçiriləcək. Ümumilikdə, ikiqat olmaqla 10 min kvadratmetr sahə asfaltlanacaq.
Bundan başqa, səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə gətiriləcək, kommunikasiya xətlərinin baxış qapaqları və yağış barmaqlıqları yeniləri ilə əvəzlənəcək və mövcud piyada səkiləri də bərpa olunaraq, asfaltlanacaq.
Həmçinin qeyd olunub ki, Bəkir Çobanzadə küçəsinin Naxçıvanski küçəsi ilə kəsişmədən Babək prospektinə qədər olan hissəsində təmir işlərinin aparıldığı müddət ərzində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB