Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış meyit Vətənə gətirilmişdir. SİA bu barədə FHN-nin saytına istinadən xəbər verir.
Aprelin 18-də Xəzər dənizinin Türkmənistan sektorunda tapılıb və ilkin olaraq, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərdən birinin olduğu ehtimal edilən meyitin tanınması və Vətənə gətirilməsi üçün aprelin 22-də Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşüb.
Qeyd olunan təyyarə aprelin 22-də geri dönmüş və cəsəd aidiyyəti üzrə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB