Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərini davam etdirir. SİA xəbər verir ki, Xidmət tərəfindən qanunsuz miqrasiyaya qarşı bu günlərdə keçirilmiş tədbirlər nəticəsində miqrasiya qanunvericiliyinin tələblərini poz­muş 9 nəfər Banqladeş Xalq Respublikası və­tən­daşı saxlanılıb.

Araşdırma zamanı Banqladeş Xalq Res­pub­li­­ka­sı­ vətən­daş­la­rı Shidda Hamonta və Miah Shobujun Azərbaycan-İran-Türkiyə-Avropa marşurutu ilə qanunsuz miqrasiya kanalı təşkil etməyə çalışdıqları məlum olub. Belə ki, Shidda Hamonta ölkəmizdə fəaliyyət göstərən müxtəlif şirkətlərdə çalışan Banqladeş vətəndaşlarını qanunsuz olaraq dövlət sərhəddini keçməyə və Azər­baycan-İran-Türkiyə-Avropa marşurutu ilə qanun­suz miqrasiya axınınaqoşulmağa sövq etdiyi müəyyən edilib. Nəticədə Shidda Hamonta tərəfindən ölkəmizdə gəmiqayırma sahəsində fəaliyyət göstərən müxtəlif şirkətlərdə çalışan Banqladeş vətəndaşları MD Masud Sheikh, Hasen, MD Farok Talokder və Raju Mridhanın aldadılaraq qanunsuz miqrasiya kanalına qoşulmaq üçün öz iş yerlərini tərk etdikləri aşkar olunub.

Eyni zamanda qanunsuz miqrasiya kanalının digər təş­ki­lat­çı­la­rın­dan olan Miah Shobuj tərəfindən Banqladeş vətəndaşları Tazul İslam, Rasel Mustafa Choudury və Mukhibury Rahmanın aldadılaraq Azərbaycana gətirildikləri müəy­yən edilib.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş kompleks tədbirlər nəticəsində son 4 ay ərzində Azəraycan Respublikası ərazisindən istifadə etməklə əcnəbilərin qanunsuz yollarla İran-Türkiyə-Avropa marşurutu üzrə miqrasiya kanalını təşkil etməyə cəhd göstərən 3 mütəşəkkil dəstə zərər­siz­ləş­diril­ib.

Dövlət Miqrasiya Xidməti tə­rə­fin­­dən qanunsuz miqrasiyaya qarşı mübarizə çər­çi­və­sində tədbirlərda­vam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə