Rayonlara qar yağıb

Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə enib. Əvvəlcədən xəbər verildiyi kimi aprelin 22-də ölkə ərazisində hava şəraiti dəyişib, şimşək çaxıb, əksər rayonlarda yağış yağıb, dağlıq rayonlarda qara keçib. Düşən yağıntının miqdarı 1-9 mm təşkil edir. Qeyri-sabit hava şəraiti aprelin 23-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə