5 hektarlıq sahədə yanğın olub

Şabran rayonunun Zeyvə kəndində Meşə Təsərrüfatına məxsus ərazidə 5 ha sahədə kol-kos və quru ot yanıb. SİA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, meşə zolağı yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə