Deputat Sədaqət Vəliyeva seçicilərilə görüşüb

Deputat Sədaqət Vəliyeva seçicilərilə görüşüb

Nizami rayonu 25 saylı II Seçki Dairəsindən seçilmiş Milli Məclisin deputatı Sədaqət Vəliyeva seçicilərilə görüşüb. SİA-nın məlumatına görə, deputat seçicilərini dinləyib, onların problemləri ilə maraqlanıb.

Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan bir sıra fərdi xarakterli problemlər müvafiq yerli icra hakimiyyəti sturukturlarına müraciət etmək yolu ilə həll edilib. Həmçinin, rayonda yeni iş yerlərinin yaradılması və məşğulluğun səviyyəsinin artırılması, məhəllələrarası yolların bərpası və yollara asfalt örtüyün çəkilməsi kimi problemlərin hər birinin həlli istiqamətində qanunvericiliklə millət vəkilinə verilmiş səlahiyyətlər çərçivəsində lazımi addımların atılacağı və qeyd edilən məsələlərin daim diqqət mərkəzində saxlanılacağı, problemlərin həlli üçün bu işə cavabdeh olan müvafiq dövlət qurumlarına müraciət ediləcəyi seçicilərin nəzərinə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə