Temperatur 12 dərəcə aşağı düşəcək XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edir. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, aprelin 22-də Bakıda və Abşeron yarımadasındahava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-12 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında aprelin 22-də hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-12 dərəcə aşağı enəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə