Bu ilin birinci rübündə baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ qaydada 1601 çıxış edilib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, bunun 532-si çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə, 545-i açıq sahələrdə, 77-si nəqliyyat vasitələrində 447-si isə digər yerlərdə baş verən yanğınlarla əlaqədar olub.

Yanğın hadisələri zamanı 17 nəfər həlak olub, 29 nəfər xəsarət alıb. Bu da ötən ilin birinci rübü ilə müqayisədə yanğından həlak olanlar üzrə bir nəfər (6 faiz) çox, xəsarət alanlar üzrə isə 5 nəfər (15 faiz) azdır. Yanğınların söndürülməsi zamanı bir nəfər xilas edilib, 262 nəfər təhlükəsiz ərazilərə təxliyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə