Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Nizami rayonunda keçirilən silsilə tədbirlər davam etdirilir. SİA-nın məlumatına görə, tədbirlər çərçivəsində Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığıyla məktəblilər arasında "Xəmsə" intellektual yarış keçirilib.
24 komandanın iştirak etdiyi yarış komandalar arasında sağlam rəqabət şəraitində keçib, verilən suallar müxtəlif sahələri əhatə edib.
Yarışda birinci yeri "Zəngi" liseyi, ikinci və üçüncü yerləri isə 227 və 70 saylı orta məktəblərin komandaları tutublar.
Sonra qaliblərin mükafatlandırılması mərasimi olub.
Mərasimdə çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov, rayon gənclər və idman idarəsinin rəisi Elşən Mirzəyev və başqaları bildiriblər ki, yarışın məqsədi gənclərin zehni inkişafını stimullaşdırmaq, elmin nüfuzunu artırmaq, eləcə də yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdir.
Qeyd ediblib ki, ölkəmizdə intellektual oyun hərəkatı ildən-ilə genişlənməkdədir. Yüksək intellektə və analitik qabiliyyətə malik gənclərin üzə çıxarılması məqsədi daşıyan yarış üçün suallar hazırlanarkən əsas diqqət məntiqi təfəkkürün inkişafına yönəldilir. Əldə edilmiş nəticələrə əsasən demək olar ki, müasir gənclər öyrənməyə, bilik səviyyələrini artırmağa çox meyillidirlər.
Sonda qaliblərə fəxri diplomlar və medallar təqdim olunub.
.jpg)
.jpg)

.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB