Gədəbəydə turizm məqsədi ilə inşa edilmiş obyektlər sökülür. Turizmin inkişafı məqsədi ilə rayonun meşə mühafizəsi və bərpası müəssisəsinin Qalakənd meşəbəyiliyinin ərazisində, meşə bərpası tədbirlərinin nəzərdə tutulmayan sahəsində istirahət-turizm məqsədi ilə sahibkar Əliyev Oqtay İbrahim oğlu tərəfindən tikilmiş obyektlər sökülüb.
Obyektin sökülməsinə etiraz edən sahibkarın valideynlərinin sözlərinə görə, onların xəbəri olmadan həmin obyektlər sökülərək dağıdılıb. Sahibkarların əsas etirazı isə turizmin inkişafı məqsədi ilə obyektlərin tikintisi başa çatdıqdan sonra, binaların sökülməsidir.
Gədəbəy rayon İcra Hakimiyyətindən şifahi olaraq bildirilib ki, sahibkarın həmin ərazidə tikinti aparması üçün heç bir qanunu sənədi olmadığı üçün həmin obyektlər sökülüb və buna məhkəmə tərəfindən artıq hüquqi qiymət verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB