Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacağı, axşam buludluluğun artacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, axşam mülayim-şimal qərb küləyi əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 19-24, Bakıda gecə 12-14, gündüz 21-23 dərəcə isti olacaq.
Aprelin 21-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə