Şəmkirdə dövlət qulluqçuları üçün seminar-müşavirə keçiriləcək

Şəmkirdə dövlət qulluqçuları üçün seminar-müşavirə keçiriləcək

"Dövlət Qulluğu haqqında" və "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə alaraq, dövlət qulluqçularının xidməti fəaliyyətinin təkmilləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilir. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirlərdən biri aprelin 21-də Şəmkir rayonunda təşkil olunacaq "İnsan resurslarının idarə edilməsi, Dövlət qulluqçusundan tələb olunan bacarıqlar" mövzusunda zona seminar-müşavirədir.

Seminarda Gəncə, Yevlax, Mingəçevir, Şəmkir, Gədəbəy, Tovuz, Samux, Qazax, Ağstafa, Daşkəsən rayonun (baş idarələrinin) rəhbər vəzifəli şəxslərinin iştirakı nəzərdə tutulub.

Tədbir saat 11.00-da Şəmkir rayon "Meridian" otelinin iclas zalında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə