Bir neçə magistral qaz kəmərində təmir işləri aparılacaq. SİA SOCAR-ın saytına istinadən məlumat verir ki, aprelin 20-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Mehdiabad", Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Ərəbqədim" və "Mədrəsə", Astara magistral qaz kəmərləri sahəsinin "Avrora", "Xarxatan", "Tüklə" və ''Masallı'' qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Abşeron rayonunun Mehdiabad, Qobustan rayonunun Ərəbqədim, Şamaxı rayonunun Mədrəsə, Masallı rayonunun Ərkivan, Boradigah, Axundov və Tüklə kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Lənkəran rayonunun və Masallı şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...