IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatının birgə həyata keçirdiyi "Uşaqlar üçün laboratoriya" layihəsi çərçivəsində "Yer günü"nə həsr olunmuş təlim keçirilib. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, laboratoriya zamanı planetimizin heyrətamiz gözəlliyi və onun mühafizəsi ilə bağlı qısametrajlı filmlər nümayiş olunub. "Kiçik ekoloqlar"a ətraf mühiti qorumağın sirləri, o cümlədən gündəlik həyatda təbiəti qorumaq üçün atılmalı olan vacib addımlar izah edilib.

Daha sonra uşaqlar tullantılardan kiçik incəsənət nümunələri hazırlamaq, öz kiçik planetlərini yaratmaq, təmiz su və təmiz hava ilə bağlı interaktiv oyunlarda iştirak etmək imkanı əldə ediblər.

Aprel laboratoriyası uşaqlarda ətraf mühitin qorunmasının və onun gələcək nəsilllərə sağlam ötürülməsinin vacibliyi haqqında biliklər qazandırıb, onlarda təbiətə sevgi və qayğı hissinin gücləndirilməsinə töhfə verib.

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunan "Uşaqlar üçün ekoloji laboratoriya"da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...