Bu gün Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin iclasında həmçinin "Turizm haqqında" qanun layihəsi yenidən müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, layihə haqqında məlumat verən komitə sədri Hadı Rəcəbli bildirib ki, qanun layihəsi həcm baxmından çox böyükdür: "Lakin biz layihədə bütün turizm sahəsini ehtiva ediriksə, o zaman həqqətən də burada bütün məsələlər öz əksini tapmalıdır. Layihədə maraqlı müddəlar var. Biz "Turizm haqqında" qanun layihəsinin bu ayın sonu və ya mayın ilk ongünlüyündə yenidən müzakirəyə çıxaracağıq. Layihə yenidən rəylərə göndərilə bilər. Vaxtilə mənfi rəy formalaşdıran təşkilatlar düşünürəm ki, yenidən layihə ilə əlaqədar fikirlərini bildirsələr daha yaxşı olar".
Komitə sədrinin sözlərinə görə, Moskvada Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəliyi yaradılıb: "Hər kəsə məlumdur ki, onlar vaxtilə, Bodrum, Antalya, Türkiyənin bir çox yerlərinə istirahət etməyə gedirdilər. Lakin Rusiya-Türkiyə arasında münasibətlər bu sahədə boşluq yaradıb. Biz bu boşluqdan istifadə edərək turistlərin Azərbaycana cəlb edilməsi istiqamətində ciddi çalışmalıyıq. Artq onların saytları da fəaliyyət göstərir. Bundan əlavə belə bir mərkəz Türkiyədə də yaradılıb. Bu gün gündəmdə olan məsələrdən biri özünəməşğulluqdur ki, onun da bir qolu turizmə gəlib çıxır. Bütün bunları ona gətirib çıxarır ki, biz "Turizm haqqında" qanunla ciddi məşğul olmalıyıq. Hər zaman biz deyirdik ki, ölkəmizdə 5 ulduzlu otellər çoxluq təşkil edir. Amma hazırda ölkəmizdə 3, 4 ulduzlu otellər var və turizmin digər formaları da vüsət almağa başlayıb".
Komitənin digər üzvü Araz Əlizadə bildirib ki, "Turizm haqqında" qanunu nəzərdən keçirib və bu qanun bir dərslik vəsaitini xatırladır: "Qanun nəzəriyə üçün yox, fəaliyyət üçün əsas olmalıdır. Bu dərslik deyil. Nazirlikdə bunu qanunu ordan-burdan yığıblar sonra göndəriblər ki, Milli Məclisin hüquq şöbəsi işləsin. Qanun praktiki rol oynamalıdır, bu isə tam nəzəridir".
A.Əlizadə qeyd edib ki, ötən komitə iclasında müzakirələr zamanı təklif edildi ki, qiymətlər aşağı salınsın: "Nazir müavini isə bizə deyir ki, "kim necə istəyir, elə də ulduz yapışdırıb. Bu nə deməkdir? Ulduz yapışdırmaq nazirliyin səlahiyyətinə aid olan məsələdir. Belə çıxır ki, sabah taxta bir ev tikib üstünə 7 dənə ulduz yapışdırsam, o deməkdir ki, həmin ev 7 ulduzludur? Mədəniyyət və Turizm Nazirliyinin Türkiyədə nümayəndiliyi yaradılıb, guya oradan bizə turist göndəriləcək. Bu tamamilə absurddur. Biz elə yerlərdə nümayəndəlik yaratmalıyıq ki, oradan ölkəmizə turist cəlb edə bilək. Novruz bayramında Bakıya xeyli turist gəlmişdi. Lakin onlar bayrama görə gəlmişdilər. Gəlin görək həmin turistlər yayda yenə gələcəklərmi? İndiki qiymətlərə baxsaq, inanmıram ki, onlar yayda Azərbaycana gəlsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB