Əli Əhmədov: “Dərman istehsalı ilə bağlı bir neçə variant var” AÇIQLAMA
"Azərbaycanda dərman istehsalına başlanılması ilə əlaqədar işlər irəliləyir, bununla bağlı bir neçə variantlar var". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə baş nazirin müavini Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, hazırda bu istiqamətdə danışıqlar aparılır: "Əgər Azərbaycanda dərman fabrikləri açmaq istəyən şirkətlər olacaqsa, onların fəaliyyəti üçün hər bir imkan yaradılacaq. Güman edirəm ki, ilkin mərhələdə bir və ya iki fabrikin yaradılmasından sonra Azərbaycan bazarı dərman isehsalçıları üçün maraqlı olacaq və Azərbaycanda dərman fabrikləri açmaq istəyən şirkətlərin sayı artacaq".
Baş nazirin müavini deyib ki, bu təcrübələr əsasında Azərbaycanın müəyyən müddətdən sonra yerli dərman istehsalçıları meydana gələcək: "Hər halda işlər başlayıb və yaxın zamanlarda Azərbaycanda istehsal olunan dərman pereparatları Azərbaycanın dərman bazarında görünəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB