Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəhbərliyi və məsul şəxsləri tərəfindən bu ilin ilk rübündə 13756 nəfər vətəndaş fərdi qaydada qəbul edilib. Bu barədə SİA-ya Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşların qəbulu işinə, onların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə əlaqədar müraciətlərinin qanunvericiliyin tələblərinə uyğun qaydada və obyektiv şəkildə cavablandırılmasına xüsusi diqqət yetirilir.
Cari ilin yanvar-mart aylarında da vətəndaşların qəbulu işləri davam etdirilib və bu dövrdə nazirliyin rəhbər şəxsləri və məsul əməkdaşları tərəfindən ümumilikdə 13756 nəfər vətəndaşın fərdi qaydada qəbulu həyata keçirilib. Onlardan 13578 nəfəri nazirliyin "Qəbul otağı"na müraciət edənlər olub.
Müraciət edən şəxslərdən 223 nəfəri (o cümlədən nazirlikdə 45 nəfər və mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin ölkənin şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəllərinə uyğun olaraq bölgələrdə keçirilən qəbullar zamanı 178 nəfər) əmək və əhalinin sosial müdafiəsi naziri, 135 nəfəri nazir müavinləri və aparat rəhbəri, digərləri isə nazirliyin struktur bölmələrinin məsul şəxsləri tərəfindən fərdi qaydada qəbul edilib.
Hər bir müraciətə diqqət və həssaslıqla yanaşılaraq, vətəndaşların qaldırdıqları məsələlərin qısa müddətdə həlli üçün konkret və məqsədəuyğun tədbirlər görülüb, habelə əksəriyyəti sorğu xarakteri daşıyan müraciətlərlə əlaqədar vətəndaşlar aidiyyəti üzrə izahatlandırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Qəbul otağı"nda vətəndaşların rahat şəkildə müraciət edə bilmələri və qəbul edilmələri üçün müasir tələblərə uyğun şərait mövcuddur. Qəbula gələn hər bir şəxs buradakı post-terminaldan götürdüyü nömrələnmiş qəbz əsasında növbəlililik qaydasında aidiyyəti məsələ üzrə müvafiq kabinədə qəbul olunur və onun müraciətinə nazirliyin aidiyyəti məsul nümayəndəsi tərəfindən baxılaraq cavablandırılır.
Vətəndaşlara post-terminalın monitorundakı müvafiq bölməni seçib onlara burada göstərilən xidmətin səviyyəsini qiymətləndirmək imkanı da yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB