Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş Katibi Seymur Huseynov 14-16 aprel 2016-cı il tarixlərində Brüsseldə Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumu üzvlərinin növbədənkənar Baş Assambleyasında iştirak edib. SİA-nın məlumatına görə, tədbirdə Avropa Gənclər Forumunda təmsil olunan 99 gənclər təşkilatları milli şurasının və beynəlxalq gənclər təşkilatlarının 300-ə yaxın təmsilçisi iştirak edib.
Assambleyada Avropa Gənclər Forumu üzvləri bir sıra mövzular üzrə qətnamə və siyasət qəbul edib. Təsdiq olunmuş sənədlər sırasında Avropa Gənclər Forumunun "Bərabərlik və Anti-diskriminassiya" Siyasəti, "Gənclərin Avtonomluğu və İnklyuzivliyi" Qətnaməsi və "Gənclər Siyasəti sahəsində Keyfiyyət Standartları" Qətnaməsini qeyd etmək olar.
Baş Assambleya çərçivəsində Avropa Gənclər Forumunun prezidenti tərəfindən illik proqram hesabatı təqdim edilib və qəbul olunub. Eyni zamanda, Avropa Gənclər Forumunun 20 illiyi ilə bağlı Avropa Komissiyasının Vitse-Prezidenti Cənab Kateinen və Avropa Birliyinin Təhsil, Mədəniyyət, Gənclər və İdman məsələləri üzrə Komissioneri Cənab Navraksisin iştirakı ilə rəsmi tədbir təşkil olunub.
Məlumat üçün qeyd edək ki, Avropa Gənclər Forumu Avropa ölkələrinin Gənclər Milli Şuraları və beynəlxalq təşkilatlardan ibarət 99 təşkilatı birləşdirir və 10 milyona yaxın gənci əhatə edir, onların maraqlarını təmsil edir. ARGTMŞ 1997-ci ildən Forumun tamhüquqlu üzvü və Azərbaycanı Forumda rəsmi olaraq təmsil etmək hüququna malik yeganə təşkilatdır. 2014-cü ilin avqust ayında ARGTMŞ-nın beynəlxalq səviyyədə uğurlu fəaliyyətinin nəticəsi olaraq forumun idarə heyətinin cari il üzrə sonuncu iclası Azərbaycanda keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB