DİM Direktorlar Şurası sədrinin müavinləri təyin olundu

Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədrinin müavinləri təyin olunub. SİA-nın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Namiq Babayev və Bəhram Xəlilov Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurası sədrinin müavinləri təyin edilib.

Qeyd edək ki, N. Babayev indiyədək Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin müavini, B. Xəlilov isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...