1800 vətəndaşa şəxsiyyət vəsiqəsi verilib

Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlılıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə növbəti tədbirlər respublikanın Quba, Qusar, Şamaxı, Masallı, Cəlilabad, Tovuz, Şəmkir, Ağsu, Zərdab və Samux rayonlarında keçirilib.

Səyyar xidmətlər zamanı Qubada 848, Qusarda 281, Masallıda 340, Cəlilabadda 252, Tovuzda 478, Ağsuda 47, ümumilikdə 2250-yə yaxın şəxsin müvafiq sənədləri qəbul edilib. Həmçinin Şəmkir rayonunda 1331, Şamaxı rayonunda 30, Zərdab rayonunda 68, Samux rayonunda isə 352 olmaqla ümumilikdə, 1800-dək vətəndaş şəxsiyyət vəsiqələri ilə təmin olunub.

Belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə