Əhalinin gəlirləri artıb

2016-cı ilin yanvar-fevral aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz artaraq 472,2 manat təşkil edib. Bu barədə SİA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.

2016-cı ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 9,0 faiz artaraq 10303,5 milyon manata çatıb. Gəlirlərin 81,0 faizi son istehlak xərclərinə, 9,7 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,3 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 7,0 faizi isə yığıma yönəldilib.

Bütün xəbərlər Facebook səhifəmizdə