Qışa qayıdırıq DİQQƏT

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti havanın kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, aprelin 16-sı axşam və 17-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu aprelin 17-də ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə