Millət vəkilləri yol polislərindən şikayətləndilər

Milli Məclisin bugünkü plenar iclasında deputatlar yol polisləri haqda danışıblar. SİA-nın məlumatına görə, millət vəkilləri Tahir Kərimli və Fəzail Ağamalı tədbirlərə gedərkən avtomobillərinin saxlandıldığını bildiriblər.

Deputat F.Ağamalı qeyd edib ki, elə nömrələr var ki, həmin avtomobillər saxlanılmır: "Milli Məclisin iclasına tələsdiyimi bildirdiyim halda nəzərə almırlar. Araşdırmışam, elə nömrələr var ki, saatda 200 km sürətlə gedərkən də həmin avtomobil saxlanılmır. Deputatlara da 2020-ci ilə qədər həmin nömrələrdən verilsin. Sonra kim yenidən seçilsə, nömrə qalsın, seçilməyən nömrəni təhvil versin".

Spiker Oqtay Əsədov isə qeyd edib ki, hər kəs qanunun tələblərinə əməl etməlidir: "Xüsusi nömrə məsələsi yoxdur. Milli Məclisin iclasına gecikməmək üçün tələsərkən avtomobiliniz saxlanılsa, cərimələnsəniz, o cəriməni mən verərəm. Ancaq hər kəs qanunun tələblərinə riayət etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...