Psixi pozuntusu olan şəxs psixiatriya stasionarından yalnız məhkəmənin qərarı ilə çıxarılacaq

Psixi pozuntusu olan şəxs psixiatriya stasionarından yalnız məhkəmənin qərarı ilə çıxarılacaq

Milli Məclisin bugünkü plenar iclasında "Psixiatriya yardımı haqqında" qanuna dəyişiklik müzakirə olunub. SİA-nın məlumatına görə, dəyişikliyə əsasən, psixi pozuntusu ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs psixiatriya stasionarından yalnız həmin məcburi tədbirlərin tətbiqinin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmənin qərarı əsasında çıxarılmalıdır.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə