Siyavuş Novruzov: "Narkomanların məcburi müəlicə edilməsi vacibdir"
"Narkomanlar nəinki özlərinin, həmçinin ətraf mühitin də korlanmasına "xidmət" edirlər. Onların məcburi müəlicə edilməsi vacib şərtlərdən biridir". Bunu Milli Məclisin bugünkü plenar iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, gələcəkdə narkomanların məcburi müalicəsinin mexanizmləri də işlənib hazırlanmalıdır: "Narkomanların məcburi şəkildə hansı xəstəxanada, pulsuz və ya pullu müalicəsinin aparılacağı müəyyənləşməlidir. Bu dəyişiklik çox vacib və zəruridir".
Deputat bildirib ki, ailə-məişət münasibətlərində bir insan mülkiyyətə sahib olmaq üçün kiminsə narkoman olduğunu iddia edə bilər: "Bu, təbii ki, məhkəmə yolu ilə müəyyənləşəcək. Ancaq məhkəmə uzun sürən prosesdir. Bir qonşu digəri ilə yola getməyə və onun dəli olduğunu, qonşulara rahatlıq vermədiyini iddia edə bilər. İki qonşuya qol çəkdirib onu şikayət etsə, həmin adam məhkəmə qarşısında ağıllı olduğunu sübut etməlidir. Gələcəkdə bu qanuna əlavə və dəyişiklik edəndə sözügedən halları ciddi şəkildə nəzərdə saxlamalıyıq ki, həm vətəndaşların hüquqları, həm də mülki münasibətlər pozulmasın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB