Şəhid hərbçimiz Mingəçevirdə torpağa tapşırıldı SƏS TV

Mingəçevir şəhər sakini, 1983-cü il təvəllüdlü kiçik çavuş, Əhmədov Rüstəm Oruc oğlu Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhid hərbçi Əhmədov Rüstəmovun nəşi Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırıldı, şəhidin ruhuna dualar oxundu. Mərasimdə çıxış edənlər qüdrətli Azərbaycan ordusunun düşmənə hər an tutarlı cavab verməyə hazır olduğunu, şəhidlərimizin qanının yerdə qalmayacağını, Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun əmrini gözlədiklərini bildirdilər. Tədbirdə şəhidin atası Oruc Əhmədov çıxış edərək "Vətən sağ olsun" sözlərini dilə gətirdi.

Dəfn mərasimində "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirildi. Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edildi. Şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salındı.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...