"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair" Saziş təsdiq edilib. SİA-nın məlumatına görə, Sazişin təsdiqi haqqında qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə sazişin əhəmiyyəti barədə məlumat verib. O bildirib ki, qanun layihəsində hər iki tərəfin ümumi marağında olan xarici ticarət azadlığının təmin edilməsi və bu sahədə mümkün olan ən yüksək səviyyədə əməkdaşlığın genişləndirilməsi nəzərədə tutulur.
Nəzərinizə çatdıraq ki, sazişdə beynəlxalq hüquq və öhdəliklər, gəmiçilik azadlığı, ayrı-seçkiliyə yol verilməməsi, dəniz nəqliyyatının asanlaşdırılması üçün tədbirlər, gəmilər üçün yaradılan bərabər şərait, kommersiya fəaliyyəti, vəsaitlərin sərbəst köçürülməsi, istisnalar, qanuni şərtlərə riayətetmə, gəmi sənədlərinin qarşılıqlı tanınması, gəmi heyətinin üzvlərinin səyahət sənədləri, giriş, çıxış və qalma, dənizdə baş verən qəzalar, məsləhətləşmələr, əməkdaşlıq, mübahisələrin həlli, qüvvəyəminmə, müddət, ləğvedilmə və dəyişikliklər kimi maddələr yer alıb.
Qanun layihəsi səsə qoyularaq qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB