Çeyildağ qəsəbə sakinlərinə şəxsiyyət vəsiqəsi verildi FOTOLAR

Qaradağ rayonunda vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi işinin daha da sürətləndirilməsi, bu sahədə işin operativliyinin və vətəndaş məmnunluğunun artırılması məqsədilə Qaradağ RPİ-nin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi əməkdaşları tərəfindən səyyar xidmətlər təşkil edilir.

2016-cı il aprel ayının 2-də rayonun ən ucqar yaşayış məskəni olan Çeyildağ qəsəbəsində səyyar xidmət zamanı etibarsız şəxsiyyət vəsiqələri ilə yaşayan (25, 35, 50 yaşın tamam olması ilə əlaqədar) 82 nəfərin, 16 yaşı tamam olmuş və ondan yuxarı yaş həddində olan, lakin şəxsiyyətini təsdiq edən ilkin sənəd almamış 8 nəfərin sənədləri qəbul edilmiş, 9 nəfər qoca, əlil və xəstə vətəndaşların sənədləri isə həmin qəsəbədə onların yaşadıqları evlərdə qəbul edilmişdir.

Həmçinin səyyar xidmət zamanı şəxsiyyət vəsiqəsi almamış 111 nəfər məktəb şagirdinin də valideynləri tərəfindən təqdim edilmiş sənədləri qəbul edilmişdir.

Ümumilikdə, 2016-cı ilin birinci rübü ərzində idarənin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin əməkdaşları tərəfindən rayon mərkəzinə uzaq olan Ələt, Qobustan, Sahil, Ümid, Qızıldaş, Müşviqabad qəsəbələrində 18 dəfə səyyar xidmət təşkil edilmiş və bu xidmətlər zamanı 2725 nəfər rayon sakini yeni şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir.

Bu sahədə tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...