AVCİYA-nın petisiya layihəsi Gəncədə müzakirə olunub

Aprelin 12-də Gəncə Dövlət Universitetində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən irəli sürülmüş "Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə" adlı petisiya layihəsi müzakirə olunub. SİA-nın xatırlatmasına görə, layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət olunub. (https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe)

Gəncə Dövlət Universitetinin müəllim və tələbə heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan universitetinin prorektoru Asif Cavadov petisiyanın əhəmiyyəti barədə danışıb.

Daha sonra AVCİYA-nın əməkdaşı Bəxtiyar Məmmədli petisiya layihəsi və görülən işlər barədə məlumat verib. O, millət vəkili Elxan Süleymanov təşəbbüsü ilə hələ 2013-cü ildən "Sərsəng Harayı" adlı layihəyə start verildiyini və qəzalı vəziyyətdə olan Sərsəng su anbarının Azərbaycanın 7 rayonu üçün real təhlükə yaratması ilə bağlı Avropa təşkilatları qarsında məsələ qaldırılıb. Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi 2085 saylı qətnamədə bu təhlükənin miqyası vurğulanır. Petisiya layihəsində qaldırılan tələblərdə də həmin qətnamənin müddəaları əksini tapıb.

Elə həmin gün Azərbaycan Texnologiya Universitetində də müəllim və tələbə heyətinin iştirakı ilə tədbir keçirilib. Universitetin prorektoru Mübariz İsayev çıxış edərək Obama Administrasiyasına ünvanlanan petisiyanın əhəmiyyəti barədə danışıb və kollektivi petisiyaya səsvermə prosesində fəal olmağa çağırıb.

Aprelin 13-də Azərbaycan Dövlət Aqrar Universitetində də müəllim və tələbələrin iştirakı ilə ilə keçirilən tədbirdə AVCİYA tərəfindən Ağ Ev Administrasiyasına ünvanlanan "Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə" adlı petisiyadan bəhs olunub. Tədbirdə çıxış edən universitetinin prorektoru Aida Qasımova qeyd edib ki, hər bir vətəndaş bu petisiyanın imzalanmasında yaxından iştirak etməlidir.

Hər üç tədbirin iştirakçılarına səsvermə qaydaları barədə məlumat verilib və onların sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...