Dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası işlərinin davamı kimi, təkcə bu ilin ötən dövründə 12 rayonda 51 fərdi yaşayış evi, həmçinin Abşeron rayonunda hazır yaşayış binalarından tender yolu ilə alınaraq təmir etdirilmiş 53 mənzil istifadəyə verilməklə, 104 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub.
Oğuz rayonunda isə bu gün 5 nəfər Şəhid ailəsinə və Qarabağ müharibəsi əlilinə yeni mənzillərin açarları təqdim olunub. Daha sonra Şəki rayonunda inşa edilən iki mənzilə baxış keçirilib. Tədbirdə iştirak edən əlil ictimai birliklərinin və yerli ictimaiyyətin nümayəndələri dövlət başçısının əhalinin sosial müdafiəsinin etibarlı təminatı məqsədilə həyata keçirdiyi siyasətdən, imzaladığı fərman və sərəncamlardan razılıq hissi ilə bəhs ediblər. Onlar ölkə əhalisinin həyat səviyyəsinin yaxşılaşmasına yönələn və ildən-ilə güclənən tədbirlərin hər bir vətəndaşın dövlətimizə, dövlətimizin rəhbərinə inam və etimad hissini daim artırdığını vurğulayıblar.
Yeni fərdi yaşayış evləri ilə təmin edilən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri onların hərtərəfli təminatına, həyat şəraitlərinin yaxşılaşdırılmasına göstərdiyi yüksək diqqət və qayğıya görə dərin minnətdarlıqlarını ifadə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB