Elçin Quliyev Göytəpə Sərhəd Dəstəsində vətəndaşları qəbul edib FOTOLAR
Vətəndaşlarla regionlarda görüşlərin keçirilməsini, onların təklif, şikayət və rəylərinin öyrənilməsini, qanuni tələblərinin yerinə yetirilməsini dövlət qurumlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev bu gün Göytəpə Sərhəd Dəstəsində Biləsuvar, Cəlilabad, İmişli və Neftçala rayonlarının sakinlərini qəbul edib. DSX-dan SİA-ya verilən məlumata görə, qəbul zamanı vətəndaşların Dövlət Sərhəd Xidmətində xidmətə qəbul, mənzil şəraitinin yaxşılaşdırılması, sosial müavinətlərin verilməsi, tibbi yardımın göstərilməsi və digər məsələlərlə bağlı müraciətləri dinlənilib. Müraciətlərin əksər hissəsi araşdırılaraq yerindəcə həll olunub. Digər müraciətlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün DSX-nin müvafiq bölmələrinə konkret tapşırıqlar verilib.
Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmış və nəzarətə götürülüb.
Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə qəbulunun təşkilindən razılıqlarını diqqətə çatdıraraq yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB