Aprelin 15-də Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə zəif duman olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir, şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 9-13 dərəcə isti, gündüz 14-19 dərəcə isti, Bakıda gecə 10-12 dərəcə isti, gündüz 16-18 dərəcə isti olacaq.

Aprelin 15-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 7-12 dərəcə isti, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə isti, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...