Tovuz rayonunun Alakol kənd sakinləri kənddə xəstəxananın ləğv edilərək, həkim məntəqəsi ilə əvəz olunmasından şikayətlənirlər. Sakinlərin sözlərinə görə, Alakol kənd ərazi nümayəndəliyində 7 mindən çox əhali yaşayır. Vaxtı ilə yerli sakinlərlə yanaşı, digər kəndlərin sakinləri də Alakol kənd xəstəxanasının xidmətindən istifadə edib.
Tovuz Mərkəzi Rayon Xəstəxanasından isə bildirildi ki, Səhiyyə Nazirliyinin müvafiq qərarı ilə kənd xəstəxanası həkim məntəqəsi ilə əvəz edilib və Alakol kəndinin 4 km-də Qovlar şəhər xəstəxanası, 3 km məsafəsində Eyyublu kənd xəstəxanası olduğu üçün sözügedən yaşayış məntəqəsində xəstəxanaya ehtiyac duyulmur. Həmçinin, Alakol kəndinin rayon mərkəzi ilə də yaxın məsafədə yerləşdiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB