Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Respublikasının Milli Qəhrəmanlarına həsr olunmuş, Elşən Uluxanlının müəllifi olduğu "Milli Qəhrəmanlarımız" adlı kitabın təqdimatı keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, millət vəkilləri Hadı Rəcəbli, Qənirə Paşayeva, Azərbaycan Müharibə Veteranları Birliyinin sədri, general-mayor Dadaş Rzayev və kitabın müəllifi, Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı iştirak edir.
Tədbiri giriş sözü ilə açan nazir Səlim Müslümov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda yüzlərlə Vətən oğullarının qəhrəmanlıqla vuruşaraq şəhidlik zirvəsinə ucaldığını dedi.
O qeyd etdi ki, dövlətimiz tərəfindən onların bir hissəsi xüsusi şücaətinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb: "Biz onlar haqqında nə qədər çox kitablar yazsaq, filmlər çəksək azdır. Xalqımız onlarla qürur duyur, fəxr edir".
Tədbir digər çıxışlarla davam edir.
Tofiq Abdulla
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB