ETSN-də qanvermə aksiyası keçirilib FOTOLAR

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində könüllü qanvermə aksiyası keçirilib. Aksiyada Nazirliyin 400-ə yaxın əməkdaşı iştirak edib.

B.Eyvazov adına Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürüblər. Keçirilən bu cür aksiyalar hemofiliya və talassemiyadan əziyyət çəkən insanların qanla təminatı üçün respublikada artıq ənənəvi hal alan nəcib tədbirlərin davamıdır.

Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra aidiyyəti üzrə istifadə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə