Payız-qış mövsümündən sonra respublika avtomobil yollarında asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin bərpası istiqamətində aparılan işlər çərçivəsində Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 68-80-ci kilometrlik hissəsində də təmir işləri həyata keçirilir. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məluamta görə, təmir-bərpa işləri sözügedən ərazidə hər iki istiqamət üzrə aparılır.
Sözügedən avtomobil yolunun 68-80-ci kilometrlik hissəsində asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsi ilə qaşınaraq kənara daşınır. Təmizlənmiş hissələrə isə yeni asfalt-beton örtüyü döşənir. Ümumilikdə 22 min m2 ərazinin asfaltlanması işləri aparılır.
Bütün işlər tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılır. Təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB