Cəbhə bölgəsində dəymiş ziyan hesablanır, insanlara yardım göstərilir SƏS TV
Aprel ayının ilk günlərində erməni silahlı birləşmələrinin təxribatları nəticəsində baş verən 5 günlük müharibə təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrinə, həmçinin Goranboyun Tapqaraqoyunlu kəndinə də ciddi ziyan dəyib. Küçələrdə kommunikasiya xətləri sıradan çıxıb, onlarla ev dağıdılıb.
Rayon icra hakimiyyətindən verilən məlumata görə, erməni silahlı birləşmələri kəndi daha çox top və qrad mərmiləri ilə atəşə tutub. Ümumilikdə Tapqaraqoyunlu kəndində 100-ə yaxın evə, eyni zamanda uşaq bağçasına mərmi düşüb, 9 ev isə tamamilə dağıdılıb. Kəndə düşən mərmilərin partlaması nəticəsində insanlar arasında xəsarət alan olmasa da, mal-qaraya ciddi ziyan dəyib. 50 baş xırda buynuzlu, 10 baş isə iri buynuzlu partlayışlar nəticəsində tələf olub.
Qeyd edək ki, hazırda Goranboy rayon FHK-sının nümayəndələri Tapqaraqoyunlu kəndinə, eləcə də qonşu Zeybə kəndinə dəymiş ziyanı hesablayır. Rayon icra hakimiyyəti tərəfindən dağıntılardan zərər görmüş insanlara isə yardım göstərilib. Hazırda kənd sakinləri öz evlərindədir və gündəlik məişət qayğıları ilə məşğul olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB