"Bu gün ölkəmizdə heç də zəif olmayan dindarlaşma prosesi gedir. Lakin dindarlaşma prosesi cəmiyyətdə bir sıra problemlərə səbəb olur". SİA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən təşkil olunmuş "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" adlı tədbirdə çıxışı zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
Onun sözlərinə görə, təəssüf ki, bəzi dini qruplar daxilində məqsədli şəkildə milli kimliyimizi dini kimliyimizə qarşı qoyulur: "Digər problem odur ki, dindarlaşma prosesi getdikcə bəzi dini qruplar daxilində radikallıq meylləri yaranır, dünyəvi dövlətə qarşı çıxışlar meydana gəlir. Bu "dindarlaşma" prosesinin gətirdiyi problemlərdən biri də ondan ibarətdir ki, ailə münasibətlərində, xüsusilə qadın hüquqları məsələsində müəyyən təhdidlər yaranır, bəzən qadın hüquqlarına qarşı çıxışlar olur. Buna qadınların təhsil almaq, işləmək, ictimai-siyasi həyatda iştirak etmək, ailə münasibətlərində qadın hüquqları kimi hüquqları daxildir".
Komitə rəsmisi qeyd edib ki, Azərbaycan dünyəvi dövlətdə yaşadığından bütün problemlər hüquqi müstəvidə həll edilməlidir. Amma bununla yanaşı, maarifləndirmə işləri də aparılmalıdır: Dindən qaynaqlanan problemlərin həllində sağlam dini maarifçilik önəmli rol oynaya bilər. Bu gün adət-ənələrimizin hamısı dindən qaynaqlanmır. Adət-ənələrimizdə dindən gələn məsələlər rol oynayır, amma məsələ ondadır ki, adət-ənələrimizin formalaşmasında iştirak edən dini faktorların hamısı əsl dindən, yoxsa dırnaqarası dindən qaynaqlanır? Problem İslam dinində deyil. Səhv anlayışlar bizə səhv ad altında gətirilir ki, biz buna qeyri-ənənəvi İslam da deyirik. Biz sağlam İslamı təbliğ etmklə radikalımızı, ailə dəyərlərinin aradan götürülməsinə qarşı da mübarizə aparırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB