Azərbaycan və Qazaxıstan dəmiryolçuları Bakıda bir araya gəldilər

Azərbaycan və Qazaxıstan dəmiryolçuları Bakıda bir araya gəldilər

Bu gün Bakıda "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla "Qazaxıstan Dəmir Yolları" Səhmdar Cəmiyyətinin sədri Askar Mamın arasında ikitərəfli görüş keçirilib. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, C.Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

Görüşdə Azərbaycan və Qazaxıstan dəmir yolları arasında yük daşınması, həmçinin artırılması, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf perspektivləri, "ADY ekspess" MMC, "KTZ Express" SC, "Trans Kavkasus Terminals" MMC və "ACSC Logistics" MMC arasında Transxəzər Beynəlxalq Nəqliyyat Konsersumu yaradılması və Azərbaycan dəmir yolu nəqliyyatı üçün teplovoz, rels, yoldəyişdirici qurğuların gətirilməsi məsələləri müzakirə olunub.

A.Mamın çıxış edərək Azərbaycan və Qazaxıstan Dəmir Yolları arasında ikitərəfli əməkdaşlığın gələcək perspektikləri haqqında danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə