"Rayonların birləşdirilməsi ilə bağlı məsələ hələlik gündəmdə deyil". Bu barədə SİA-ya Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Azərbaycanda rayonların sayının birləşdirilərək azaldılması ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.

Hazırda buna ehtiyacolmadığını dilə gətirən komitə sədri söyləyib ki, rayonların birləşdirilməsi məsələsi qarşıdakı mərhələlərdə gündəmə gələ bilər: "Rayonların birləşdirilməsi ilə bağlı müxtəlif fikirlər irəli sürülüb. Lakin biz onları hələ ki, təklif olaraq dəyərləndiririk".

A. Rəhimzadə açıqlaması zamanı hazırda Milli Məclisin Regional məsələlər komitəsində 7 layihə üzərində iş aparıldığını dilə gətirib: "Layihələrin hazırlanması ilə bağlı İş Qrupu yaradılıb və layihələr hazırlıq mərhələsindədir. Layihələr hazır olduqdan sonra İşçi Qrupunda və komitənin iclaslarında müzakirəyə çıxarılacaq. Daha sonra layihənin razılaşdırılması və digər prosedurları üzərində işlər aparılacaq.

Qeyd edək ki, iqtisadçılar rayonların birləşdirilməsinin mümkünlüyü barədə ehtimal irəli sürürlər. Hətta iqtisadçı alim Vüqar Bayramov açıqlamasında bildirmişdi ki, rayonların birləşdirilməsi məsələsi struktur islahatlarının bir elementi ola bilər. İqtisadçı Azərbaycanda rayonların sayının 40-a qədər endirilməsinin mümkünlüyünü ifadə etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...