BBMM-nin Roma filialının rəhbəri İtaliya hökumətindən XAHİŞ ETDİ

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Roma filialının rəhbəri erməni təxribatlarını ilə bağlı bəyanatla çıxış edib. SİA-nın verdiyi xəbərə görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Roma filialının rəhbəri, naşir, politoloq Sandro Teti son günlər Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş verən, mülki əhali arasında tələfata səbəb olan erməni təxribatları ilə bağlı bəyanatla çıxış edib.

Bəyanatda bildirilir: "Bu günlərdə yenidən aktivləşən silahlı münaqişənin beynəlxalq mediada təminatı natamam və qeyri-dolğun olub. Qarşıdurmanın Azərbaycanın işğal olunmuş ərazisində baş verməsi, eyni zamanda Azərbaycanın işğal olunmuş ərazisinin qaytarılmasına dair BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilməməsi faktorları beynəlxalq mediada qeyd edilməyib. Dağlıq Qarabağ və ətraf 7 rayonun da ermənilər tərəfindən işğal olunması nəticəsində Azərbaycanda 1 milyona yaxın insanın qaçqın və məcburi köçkün şəraitində yaşaması barəsində də beynəlxalq media susur. Azərbaycanın İtaliyadakı səfirliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti nəticəsində, xüsusən də Azərbaycanın getdikcə sayı artan italyan dostlarının dəstəyi ilə son günlərdə İtaliyada media təminatında əsl həqiqətlər öz əksini tapıb".

Bəyanatda Sandro Teti problemin qısa vaxt ərzində həll olunması üçün İtaliya hökümətinin BMT-yə, münaqişənin həlli missiyasını öz üzərinə götürən Minsk qrupunun üzvlərinə, eləcə də Fransa və Rusiyaya təzyiq etmələrini xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...